"Qarabağ"ın ÇL-də potensial rəqibi müəyyənləşib

"Qarabağ" klubunun Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqibi bəlli olub.

Azadinform-un məlumatına görə, Albaniya "Kukesi"si Maltanın "Valletta" klubunu iki oyunun nəticəsinə əsasən, üstələyərək növbəti mərhələyə yüksəlib.

"Qarabağ" Sloveniya "Olimpiya"sını keçəcəyi təqdirdə, Çempionlar Liqasının II təsnifat mərhələsində məhz Albaniyanın "Kukesi" klubu ilə qarşılaşacaq.

Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununda səfərdə rəqibini 1:0 hesabı ilə məğlub edib. Ağdam təmsilçisinin cavab oyunu iyulun 18-i Tofiq Bəhramov adına Respublika stadionunda saat 21:00-da başlanacaq.

Çempionlar Liqası

I təsnifat mərhələsi, cavab oyunu

17 iyul

20:00. "Valletta" (Malta) - "Kukesi" (Albaniya) - 1:1

Qol: Santiaqo Malano, 67. – İrakli Cariya, 84

İlk oyun - 0:0

17.07.2018 23:21 / Baxılıb: 90 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.10.2018
    16.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo