Finlandiya prezidenti əməliyyat olunub

Finlandiya prezidenti Sauli Niiniste cərrahi əməliyyat olunub.

Azadinform xarici mətbuata istinadən xəbər verir ki, bu barədə dövlət başçısının dəftərxanası məlumat yayıb.

Məlumatda bildirilir ki, Yorvidəki xəstəxanada baş tutan əməliyyat uğurlu olub. Artıq ölkə prezidenti evə buraxılıb. Lakin buna baxmayaraq, onun tam sağalma dövrü bir həftə davam edəcək.

Həkimlər prezidentə səfərə, səyahətə çıxmamağı tövsiyə ediblər. Ancaq o, sağalma dövründə gündəlik işi ilə məşğul ola bilər.


17.07.2018 22:49 / Baxılıb: 89 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.12.2018
    14.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo