"Qəbələ"nin potensial rəqibi bəlli olub

"Qəbələ" klubunun Avropa Liqasının II təsnifat mərhələsindəki potensial rəqibi müəyyənləşib.

Azadinform xəbər verir ki, Macarıstan "Honved"i Makedoniyanın "Rabotniçki" klubunu iki oyunun nəticəsinə əsasən məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb.

"Qəbələ" Lüksemburq "Proqres"ini üstələyəcəyi təqdirdə, Avroliqanın II təsnifat mərhələsində məhz Macarıstanın "Honved" komandası ilə üz-üzə gələcək.

Qeyd edək ki, "Qəbələ" Avropa Liqasının I mərhələsinin ilk oyununda evdə rəqibinə 0:2 hesabı ilə uduzub. "Qırmızı-qaralar"ın cavab oyunu iyulun 19-da Düdelanjda olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da başlanacaq.

20:00. "Honved" (Macarıstan) - "Rabotniçki" (Makedoniya) - 4:0

Qol: Filip Holender, 6. 16. Danilo, 63 - penalti ilə. 84

İlk oyun - 1:2

17.07.2018 22:05 / Baxılıb: 94 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo