Təlimli robotlar hərbçilərə kömək edəcək

ABŞ Ordusu və Karnegi-Mellon Universitetinin mütəxəssisləri beynəlxalq konfrans çərçivəsində robotların təlimi üçün yeni metod nümayiş etdiriblər.

Azadinform xəbər verir ki, metod insan tərəfindən müxtəlif qərarlar qəbul edilən zaman toplanmış kompüter “təcrübəsi”nə əsaslanır. Tədqiqatçılar neyron şəbəkələrin öyrədilməsi prosesini sadələşdirərək onu tez və maksimum insan cəlb etməyən şəklə salıblar. Belə metod səhra şəraitində mütəmadi dəyişən missiyalar zamanı istifadə üçün ideal hesab edilir. Robota artıq döyüş meydanında qarşıya qoyulan vəzifəni həll edərək müxtəlif nöqtələr üzrə gizli hərəkət etməklə onlardan daldalanacaq kimi istifadə öyrədilib.  

Mütəxəssislər əmindir ki, düzgün təlim görmüş robotlar hərbçilər üçün əsl xidməti “yoldaş” olmaqla avtonom işləyəcək, insanla ünsiyyət quracaq və mühüm vəzifələri daha tez həll edə biləcəklər. Robotlardan təhlükəli döyüş ssenarilərinin öyrənilməsi üçün istifadə edərək insan həyatını riskə atmamaq mümkündür.

17.07.2018 21:23 / Baxılıb: 77 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo