Skypeda danışıqları yadda saxlamaq mümkün olacaq

"Skype" videomessencerinin növbəti yeniləməsində səsli və videozənglərin yazılması funksiyası əlçatan olacaq. Bundan əvvəl danışığın səs yazısını əldə etmək istəyən istifadəçilər kənar, əsasən pullu xidmətlərdən (məsələn, "Avaer") istifadə etmək məcburiyyətində idilər.

Azadinform xəbər verir ki, həmsöhbətlərdən biri danışığı yadda saxlamaq istədikdə digər həmsöhbətə bu haqda bildiriş göndəriləcək. Səs yazıları "bulud" saxlama sistemində saxlanıldığına görə onları istənilən qurğudan ("Windows", "Mac", "iOS", "Android" və hətta "Linux") dinləmək mümkün olacaq.

"Skype" proqramının yeni versiyası cari ayın sonuna kimi təqdim olunacaq.

Cari ilin yazında "Microsoft" korporasiyası "Android" mobil sistemi üçün "Skype" proqramının yüngül versiyasını təqdim edib. Proqram zəif qurğularda daha yaxşı işləyir, görüntü və səs daha yüksək keyfiyyətdə ötürülür.

17.07.2018 20:54 / Baxılıb: 62 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo