Misir əcnəbilərə vətəndaşlıq verəcək

Misir parlamenti qanunvericiliyə dəyişiklik edərək müəyyən məbləğdə investisiya yatıran əcnəbilərin müraciət edəcəyi təqdirdə, Misir vətəndaşlığı almasına imkan yaradıb.

Azadinform "RİA Novosti"yə istinadən xəbər verir ki, bunun üçün əcnəbi vətəndaşın Misir dövlət xəzinəsinə 7 milyon Misir funtu (təxminən, 400 min dollar) sərmayə yatırması zəruridir. Özü də müraciətləri birbaşa Misirin daxili işlər naziri nəzərdən keçirəcək.

Hələlik depozitin yatırılması mexanizmi və hansı bankların investorların pulunu ala biləcəyi, eləcə də Misir vətəndaşlığının əldə edilməsinin əcnəbilərə nə kimi üstünlüklər qazandıracağı məlum deyil.

17.07.2018 20:26 / Baxılıb: 71 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.10.2018
    16.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo