İslandiya millisinin baş məşqçisi istefa verib

Heymir Hadlqrimsson futbol üzrə İslandiya milli komandasının baş məşqçi postunu tərk edib.

Azadinform İslandiya Futbol Assosiasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 51 yaşlı mütəxəssis başa çatan müqaviləsinin müddətini uzatmayıb.

Hadlqrimsson 2011-ci ildən məşqçi kimi çalışdığı yığmaya 2014-cü ildə baş məşqçi təyin olunub. Komanda onun rəhbərliyi altında AÇ-2016-da debüt edib və 1/4 finala qədər irəliləyib. DÇ-2018-də isə islandiyalılar yer aldıqları D qrupunda 1 xalla sonuncu yeri tutub.

Qeyd edək ki, 14 iyun – 15 iyulda Rusiyada keçirilmiş mundialdan sonra İslandiya yığmasının qapıçısı Hannes Halldorsson “Qarabağ”a transfer olunub. 

17.07.2018 20:11 / Baxılıb: 88 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo