Aİ sərhədlərini qanunsuz keçənlərin sayı yarıbayarı azalıb

Avropa İttifaqı sərhədlərini qanunsuz keçən mühacirlərin sayı bir dəfə azalıb.

Azadinform TASS-a istinadən xəbər verir ki, məlumat Avropa İttifaqının sərhədlərinə nəzarət üzrə “Frontex” agentliyinin rəsmi saytında yer alıb.

“2018-ci ilin birinci yarısında sərhədi qanunsuz keçənlərin sayı ötən illə müqayisədə yarıbayarı azalaraq 60 min 430 olub. İyulda sərhədi pozma hadisələrinin sayı 13 min 100 olub ki, bu da 2017-ci ilin uyğun dövrü ilə müqayisədə 56 faiz azdır”, - deyə agenlik qeyd edib.

Buna səbəb kimi Aralıq dənizinin mərkəzi hissəsindən miqrantların sayının azalması göstərilir. 

17.07.2018 19:56 / Baxılıb: 80 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.10.2018
    16.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo