Fransa Monblan zirvəsinə çıxışı müvəqqəti olaraq məhdudlaşdırıb

Fransa hökuməti Alp dağlarının Monblan zirvəsinə və populyar "kral marşrutu"na çıxışı səkkiz gün müddətinə məhdudlaşdırıb.

Azadinform "İnterfaks"a istinadən xəbər verir ki, Britaniyanın "Daily Mail" qəzeti buna səbəb kimi çox sayda turistin bu istiqamətdə axın etməsini, eyni zamanda yerli hökumət orqanlarının təhlükəsizlik səviyyəsindən narazı olmasını göstərib.

"Turistlərin çoxu yay mövsümündə zirvəyə xüsusi ləvazimatlar olmadan dırmanmağa çalışırlar. Dağa xüsusi kanatlar və ləvazimatlar olmadan dırmanmağa görə cərimə də tətbiq edilir", - qəzet yazıb.

Xatırladaq ki, 2018-ci ildə Monblanın zirvəsini fəth etməyə çalışan azı 3 nəfər - polyak, litvalı və britaniyalı şəxslər dağdan düşərək ölüb. 

17.07.2018 19:43 / Baxılıb: 69 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo