Zidan "Yuventus"un idman direktoru olacaq

"Real Madrid"in sabiq baş məşqçisi Zinəddin Zidan İtaliyanın "Yuventus" klubunun idman direktoru olacaq.

Bu barədə Azadinform "Qazeta.Ru"ya istinadən xəbər verir.

Zidanın İtaliya klubuna oktyabr ayında qatılacağı gözlənilir.

Xatırladaq ki, "Real"ın portuqaliyalı hücumçusu Kriştianu Ronaldu da bu ay "Yuventus"a keçib.

Qeyd edək ki, Zidan "Real"ın baş məşqçisi postunu mayın 31-də öz istəyi ilə tərk edib. Madrid klubunun baş məşqçisi kimi Zidan üç dəfə Çempionlar Liqasının, iki dəfə UEFA Superkubokunun, iki dəfə Klublararası Dünya Çempionatının, bir dəfə İspaniya çempionatının və İspaniya Superkubokunun qalibi olub.

17.07.2018 19:16 / Baxılıb: 73 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.08.2018
    21.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo