2 minə yaxın məzuna fərqlənmə attestatı verildi - Fotolar

Samir Soltanov/AZADİNFORM. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərini ümumi orta təhsil səviyyəsi üzrə 761, tam orta təhsil səviyyəsi üzrə isə 1 062 nəfər fərqlənmə attestatı ilə bitirib. 

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Azadinform-a verilən məlumata görə, artıq ümumi təhsil məktəblərinin tam orta təhsil və ümumi orta təhsil səviyyələrini bitirmiş məzunlara fərqlənmə attestatları təqdim olunmağa başlayıb.  

Attestatlar Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası” əsasında məzunlara təqdim olunur.

17.07.2018 15:50 / Baxılıb: 95 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
13.12.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo