ABŞ anbarlarını açacağı halda yeni neft şoku yaşana bilər - ŞƏRH

AZADİNFORM. “ABŞ-da noyabrda keçiriləcək mid-term seçkilər öncəsi Tramp administrasiyası anbarlarında olan nefti mərhələli şəkildə bazara çıxararaq “qara qızılın” qiymətinə təsir etməyə çalışır. “Bloomberg” agentliyinin məlumatına görə, test olaraq 5 milyon barelin, daha sonra 30 milyon barelin bazara çıxarılması müzakirə olunur”.

Azadinform xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Vüqar Bayramov deyib. Ekspert bildirib ki, hələlik konkret qərar qəbul edilməsə də, hətta daha böyük həcmdə satışların olması istisna olunmur: “Dünya bazarında Texas markalı neftin bir bareli 68 dollara, Brent markalı neft isə 72 dollaradək ucuzlaşıb. ABŞ anbarların qapağını açacağı halda isə neft bazarında daha ciddi azalmalar proqnozlaşdırılır. Ağ Evdəki müzakirələr reallaşarsa, o zaman yeni neft şokunun yaşanması qaçılmaz olacaq”.

17.07.2018 14:36 / Baxılıb: 337 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.08.2018
    20.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo