Yusif Səfərov küçəsinə çıxış asanlaşıb

Samir Soltanov/AZADİNFORM. Sabunçu-Zabrat yolunun Heydər Əliyev prospekti ilə kəsişməsində nəqliyyat şəraitinin yaxşılaşdırılması işləri davam edir. 

Bakı Nəqliyyat Agentliyindən Azadinform-a verilən məlumata görə, bu çərçivədə artıq ərazidəki piyada keçidinin ətrafında səki boyunca dəmir məhəccər vurulub. Mövcud dayanacaq məntəqəsi köçürüldükdən sonra səkinin qalan hissəsi də məhəccərlənəcək. Analoji tədbir yolun qarşı tərəfində də aparılacaq. 

Qeyd edək ki, Fəzail Bayramov küçəsində geridönmə yerinin təşkili işləri isə artıq yekunlaşıb. Bununla da ətraf ərazilərdə yaşayan sakinlərin Yusif Səfərov küçəsinə çıxışı asanlaşıb. 

"Əvvəllər bunun üçün Xocalı və ya Babək prospektlərindən istifadə edən sürücülər artıq yeni təşkil edilən geridönmədən istifadə etməklə rahat şəkildə Yusif Səfərov küçəsinə çıxa bilirlər", - deyə məlumatda vurğulanıb.

17.07.2018 12:28 / Baxılıb: 48 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.08.2018
    20.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo