Neft Fondu büdcə transfertlərinin məbləğini açıqlayıb

Samir Soltanov/AZADİNFORM. 2003-cü ildən bu ilin iyulun 1-nə qədər Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən dövlət büdcəsinə transfertlərin məbləği məlum olub. 

Fonddan Azadinform-a verilən məlumata görə, bu ilin I rübündə 2018-ci il büdcəsinin icrası çərçivəsində 2 mlrd. 299 mln. manat, II rübdə isə 4 mlrd. 608 mln. manat dövlət büdcəsinə transfert edilib. 

Bununla da 2003-cü ildən bu ilin iyulun 1-nə qədər ARDNF tərəfindən dövlət büdcəsinə transfertlərin məbləği  84 mlrd. 524 mln. manat təşkil edib.

17.07.2018 12:15 / Baxılıb: 62 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.08.2018
    21.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo