Bu seçkilərdə demokratların qələbəsi Trampın taleyini həll edə bilər

AZADİNFORM. “Tramp-Putin görüşündən dərhal sonra Vaşinqtonda Rusiyaya casusluq ittihamı ilə Mariya Butina adlı Rusiya vətəndaşının həbs olunduğu açıqlanıb. Bildirilir ki, 29 yaşlı Butina Rusiya Mərkəzi Bankının sədr müavini, ABŞ-ın sanksiya siyahısında olan Aleksandr Torşin ilə əlaqəli fəaliyyət göstərib. O, ABŞ-da fərdi silahlanmanı müdafiə edən məşhur lobbi təşkilatlarından olan NRA vasitəsilə respublikaçılara çıxış əldə etməyə çalışırmış”.

Azadinform xəbər verir ki, bu sözləri politoloq Şahin Cəfərli bildirib.

Politoloq deyib ki, tələbə vizası ilə bir müddətdir ABŞ-da olan xanım Butinanın indi həbs olunması ABŞ dövlət aparatının Trampın Rusiya ilə yaxınlaşma siyasətini qəbul etmədiyinə və bunu baltalamağa çalışdığına dair növbəti nümunə sayıla bilər.

Politoloq xatırladıb ki, görüş öncəsi Rusiya hərbi kəşfiyyatının 12 zabitinə qarşı rəsmi ittiham irəli sürülüb: “Görüşün ABŞ-dakı əks-sədasına gəldikdə isə Vaşinqton hazırda qaynayır. Trampın ünvanına çox sərt tənqidlər və ittihamlar var, o cümlədən respublikaçı senatorlar tərəfindən. CIA-in sabiq şefi Brennan isə Trampı vətənə xəyanətdə ittiham edib. Ümumilikdə demokratlar Helsinki görüşünü "Treason summit" (Xəyanət sammiti) kimi dəyərləndirirlər. Qəzəb və hiddətin səbəbi budur ki, Tramp Rusiyanın ABŞ seçkilərinə müdaxilə etmədiyi barədə Putinin təkzibi ilə razılaşaraq öz dövlətinin müvafiq strukturlarının yekdil rəyinə və ortaya qoyduğu sübutlara etimad etmədiyini göstərib. O, Rusiya ilə münasibətlərin pisləşməsinə görə də ABŞ-ı günahlandırıb, Ukrayna məsələsini qaldırmayıb və ümumilikdə Putinin yanında aciz bir görüntü sərgiləyib. Artıq demokratların Senatdakı lideri Şumer qanunvericiləri Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinə çağırıb. Şübhə yoxdur ki, noyabrda Konqresə keçiriləcək ara seçkilər öncəsi ABŞ-da daxili siyasi mübarizə daha da kəskinləşəcək. Bu seçkilərdə demokratların qələbəsi Trampın taleyini həll edə bilər”.

17.07.2018 11:55 / Baxılıb: 106 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo