93 nəfəri gün vurub

Samir Soltanov/AZADİNFORM. Yayın əvvəlindən bəri günvurma ilə əlaqədar Bakı şəhər Təcili Tibbi Yardım Stansiyasında 93 nəfərə tibbi yardım göstərilib. 

Stansiyadan Azadinform-a verilən məlumata görə, günvurma diaqnozu ilə müraciət edənlərdən 59 nəfəri profilaktiki məqsədlərlə stasionar müalicəyə cəlb olunub, 34 nəfərə yerində yardım göstərilib. 

Günəşin təsirinə məruz qalanlardan 57-si kişi, 7-si azyaşlı, 29-u qadındır və onların arasında həyati təhlükəsi olan yoxdur.

17.07.2018 10:52 / Baxılıb: 85 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo