Fransa yığmasını Parisdə minlərlə insan qarşılayıb

Futbol üzrə Fransa milli komandası Rusiyada keçirilən dünya çempionatından sonra vətənə qayıdıb. 

Azadinform xəbər verir ki, Fransa millisinin məşqçilərini və oyunçularını paytaxt Parisdə minlərlə insan qarşılayıb. DÇ-2018-in qalibi olan komanda çempionluq paradı təşkil edib. Fransa yığmasının üzvlərinin daha sonra ölkə prezidenti Emmanuel Makronla görüşü gözlənilir.

Qeyd edək ki, Moskvada "Lujniki" stadionunda baş tutan final matçında Fransa millisi Xorvatiyaya 4:2 hesabı ilə qalib gəlib. 

16.07.2018 23:57 / Baxılıb: 58 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo