Putin Trampa DÇ-nin rəsmi topunu hədiyyə edib

Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampa Rusiyada keçirilən futbol üzrə Dünya Çempionatının rəsmi topunu hədiyyə edib.

Azadinform-un xarici mediaya istinadən məlumatına görə, Rusiya və ABŞ prezidentləri danışıqlardan sonra birgə mətbuat konfransı keçiriblər.

Mətbuat konfransının sonunda Putin Trampa Rusiyada keçirilən Dünya Çempionatının rəsmi topunu hədiyyə edib. O, ABŞ-ın 2026-cı ildə Dünya Çempionatını keçiriləcəyini xatırladıb.

Hədiyyəni qəbul edən Tramp Putinə təşəkkür edib və topu həyat yoldaşı Melani Trampa ataraq "Melani, götür, oğlum bu topla oynayacaq" deyib. 

16.07.2018 21:48 / Baxılıb: 68 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.08.2018
    21.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo