İran ABŞ-dan BMT-yə şikayət edib

İran birtərəfli sanksiyaların yenidən tətbiqi ilə əlaqədar ABŞ-dan BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinə şikayət edib.

Azadinform TASS-a istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif "Twitter" səhifəsində məlumat verib.

"Bu gün İran qanunsuz şəkilədə birtərəfli sanksiyaları yenidən tətbiq edən ABŞ-ın məsuliyyətə cəlb edilməsi məqsədilə Beynəlxalq Ədalət Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edib. İran ABŞ tərəfindən diplomatiya və hüquqi öhdəliklərə hörmət edilməməsinə baxmayaraq, qanunun aliliyinə sadiqdir. Onların beynəlxalq hüququ pozan vərdişlərinə qarşı mübarizə aparamaq lazımdır", - o qeyd edib.

16.07.2018 20:37 / Baxılıb: 74 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.08.2018
    20.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo