Mbappe mundialda qazandığı 470 min avrodan imtina etdi

Samir Soltanov/AZADİNFORM. Fransa millisinin üzvü Kilian Mbappe DÇ-2018-ə görə alacağı mükafatı xeyriyyə fonduna bağışlayacaq. 

Azadinform xarici mətbuata istinadən xəbər verir ki, 19 yaşlı hücumçu qazanacağı pulları əlil uşaqlar üçün ödənişsiz idman tədrisi ilə məşğul olan təşkilata verəcəyini bildirib. 

Qeyd edək ki, DÇ-2018-in ən yaxşı gənc futbolçusu seçilən Mbappe mundialda hər oyun üçün 20 min avro qazanıb. Onun vurduğu hər qola görə aldığı bonusla birlikdə  ümumi qazancı təxminən 470 min avro təşkil edir.

16.07.2018 19:00 / Baxılıb: 133 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    26.03.2019
    25.03.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo