Marşrut xətlərindən biri uzadılıb

Samir Soltanov/AZADİNFORM. Bakıda marşrut xətlərindən biri uzadılıb. 

Azadinform Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə istinadən məlumat verir ki, bundan əvvəl 199 saylı marşrut xətti Şərq bazarının qarşısındakı dayanacaqdan Masazır dairəsi daxil olmaqla "Abşeron" gənclər şəhərciyinə qədər yol qət edirdi. Həmin ərazidə yaşayan sərnişinlərin və Bakı Mühəndislik Universitetində təhsil alan tələbələrin Dövlət Xidmətinə çoxsaylı müraciətləri də nəzərə alınmaqla marşrutun xətti universitetin önündəki dayanacağa qədər uzadılıb. 

Xatırladaq ki, Bakı Nəqliyyat Agentliyinin göstərişinə əsasən 199 saylı marşrut xətti üzrə hərəkət edən avtobuslarda ödəniş nağdsız qaydada kart sistemi vasitəsilə həyata keçirilir.

16.07.2018 16:54 / Baxılıb: 81 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.08.2018
    21.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo