Ərdoğanla Tramp telefonla danışıb

Samir Soltanov/AZADİNFORM. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Trump arasında telefon danışığı olub. 

Azadinform xəbər verir ki, prezidentlər NATO-nun Brüsseldə keçirilən toplantısında müzakirə olunan məsələlər, o cümlədən Suriya böhranı barədə fikir mübadiləsi aparıblar. 

Dövlət başçıları Türkiyə və ABŞ-ın razılaşması əsasında Münbiç bölgəsində həyata keçirdikləri ortaq antiterror əməliyyatının Suriya probleminin həllinə mühüm təsir göstərəcəyini vurğulayıblar. Həmçinin bütün sahələr üzrə ikitərəfli əməkdaşlığın vəziyyəti müzakirə edilib.

16.07.2018 16:40 / Baxılıb: 77 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo