Qanunsuz yolla əldə edilmiş meşə materialı müsadirə edilib

Samir Soltanov/AZADİNFORM. Meşələrdə ağacların qanunsuz kəsilməsi və daşınması hallarının qarşısının tam alınması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən regionlarda reydlər davam etdirilir. 

Nazirlikdən Azadinform-a verilən məlumata görə, reyd zamanı Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları tərəfindən 15 iyul 2018-ci il tarixində Qəbələ rayonunun Bum meşəbəyliyinin 6 saylı dolayında gecə saat 4 radələrində “URAL” markalı dövlət nömrə nişanı olmayan avtomobil saxlanılıb. Avtomobilin yük yerində qanunsuz yolla əldə edilmiş 8 kub.m həcmində yaş fıstıq cinsli meşə materialı aşkar edilib və sənədləşmə işləri aparılır. 

Qanun pozucusu barəsində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə toplanmış materiallar rayon polis şöbəsinə göndəriləcək.

16.07.2018 16:25 / Baxılıb: 70 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo