Tramp və Putin arasında görüş başlayıb

Samir Soltanov/AZADİNFORM. Finlandiyanın paytaxtı Helsinkidə ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında görüş başlayıb. 

Azadinform xəbər verir ki, əvvəlcə dövlət başçıları tərcüməçilərin iştirakı ilə təkbətək danışacaqlar. Sonra nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar aparılacaq. Əsas müzakirə mövzuları ikitərəfli əlaqələr, Suriya və Ukraynada vəziyyət, eləcə də strateji hücum silahlarının ixtisarı olacaq. 

Məlumata görə, Tramp Rusiyanın ABŞ-da 2016-cı ildə baş tutan prezident seçkilərinə müdaxiləsi məsələsini də müzakirə edəcək. 

16.07.2018 15:15 / Baxılıb: 112 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2018
    15.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo