İsmayıllı sakinini soyan şəxslər saxlanılıb

Samir Soltanov/AZADİNFORM. Ağdaş Rayon Polis Şöbəsinə müraciət edən İsmayıllı rayon sakini F.Mikayılov iyulun 3-də şəhər ərazisində içərisində pulu, qızıl əşyaları, mobil telefon, sürücülük vəsiqəsi və eynəyi olan çantasının açıq talama yolu ilə əlindən alındığını bildirib. 

DİN-dən Azadinform-a verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən 2 nəfər qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onların İsmayıllı rayon sakini Turan Ağazadə və Ağcabədi rayon sakini Namiq İsmayılov olduqları müəyyən edilib. 

Soyğunçuluq yolu ilə əldə etdikləri “qənimət” və sənədlər maddi sübut kimi onlardan götürülüb. 

Faktla bağlı cinayət işi başlanılıb.

16.07.2018 14:45 / Baxılıb: 114 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    13.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo