Binəqədi RİH birinci yarımilliklə bağlı hesabat verdi Fotolar

Samir Soltanov/AZADİNFORM. Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının inzibati binasının akt zalında Binəqədi rayonunun 2018-ci ilin 1-ci yarısının sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat iclası keçirilib. 

Binəqədi Rayon İcra Hakimiyyətindən Azadinform-a verilən məlumata görə, icra başçısı Elxan Allahverdiyev şura iclasını açaraq, iclasın gündəliyini elan edib və giriş nitqi ilə çıxış edib. 

Elxan Allahverdiyev öz nitqində 2018-ci ilin 1-ci yarımilində ölkəmizdə makroiqtisadi sabitliyin qorunub saxlanıldığını, hesabat dövründə iqtisadiyyatın davamlı inkişafı nəticəsində qeyri-neft sektorunun 2 faiz, kənd təsərrüfatının 7,6 faiz, xüsusən də bitkiçiliyin 14 faizdən çox artdığını qeyd edib. Başçı eyni zamanda rayonun sosial-iqtisadi, ictimai-siyasi, abadlıq-quruculuq sahəsində də görülən işlərin qənaətbəxş olduğunu qeyd edib və sosial-iqtisadi infrastruktur layihələrinin yüksək səviyyədə icra edilməsi, işsizlik səviyyəsinin azaldılması, sənaye sektorunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə müvafiq dəstəklərin göstərilməsi, məcburi köçkünləri narahat edən problemlərin həll edilməsi, sakinlərin məmnunluq səviyyəsinin artırılmasına dair bütün lazımi tədbirlərin həyata keçirməsi istiqamətində öz tapşırıqlarını verib. 

Sonra hesabat məruzəsi ətrafında Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, Binəqədi Rayon Su-kanal İdarəsinin rəisi Elnur Əliyev, Dövlət Sosial Müdafiə Fondunun Binəqədi Rayon şöbəsinin müdir müavini Rafiq İsayev çıxış ediblər. 

Müzakirələrə Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev yekun vurub.

16.07.2018 12:47 / Baxılıb: 298 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
17.10.2018
16.10.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo