Xalq-iqtidar birliyini heç bir qüvvə poza bilməz

AZADİNFORM. “Prezidenti İlham Əliyevin respublikanın hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirdiyi iclasda səsləndirdiyi fikirlər iyulun 3-də və iyulun 10-da Gəncə şəhərində baş vermiş qanlı cinayətlərin əsl mahiyyətini dərk etmək baxımından böyük məna və əhəmiyyət kəsb edir.

Dövlətimizin başçısı ciddi analitik təhlilə əsaslanan çıxışında baş vermiş terror aktlarının hədəf və məqsədlərini, xarakter və realizə mexanizmlərini, səbəb və motivlərini açıb göstərmiş, onun icraçıları və təşkilatçılarının uzağagedən məkrli planlarının iflasını şərtləndirən amillərə diqqəti cəlb etmiş və bununla da baş vermiş qanlı cinayətlər haqqında ictimaiyyətimizə ən dəqiq, dürüst, dolğun və obyektiv məlumat vermişdir”.

Azadinform xəbər verir ki, bu sözləri millət vəkili, siyasi elmlər doktoru, professor Elman Nəsirov deyib.

Millət vəkili bildirib ki, Prezident ilk növbədə 3 iyul və 10 iyul tarixlərində Gəncədə törədilmiş mütəşəkkil cinayət əməllərini terror aktları kimi qiymətləndirib, hədəfdə dövlətçiliyimizin dayandığını vurğulayıb: “Cinayətkarların güddüyü çirkin məqsədlərə diqqəti cəlb edən cənab Prezident haqlı olaraq vurğuladı ki, “bu cinayətləri törədən terrorçu qruplaşma Azərbaycanda sabitliyi pozmaq istəyir. Bu cinayətlərin əsas məqsədi bundan ibarətdir. Bu qanlı terror aktları cəmiyyətdə gərginlik yaratmaq və cəmiyyətimizi qorxutmaq məqsədilə törədilmişdir”.

Bu terror aktlarının xarakterinə toxunan cənab Prezident haqlı olaraq qeyd edib ki, “terror aktları dini şüarlar altında həyata keçirilib. Bu, özlüyündə İslam dininə qarşı ən böyük cinayətdir. Çünki İslam sülh, mərhəmət dinidir. Azərbaycan dövləti və Azərbaycan xalqı öz milli, dini dəyərlərini daim qoruyur. Azərbaycan İslam mədəniyyətini dünyada ən çox təbliğ edən ölkələrdən biridir”.

Bildiyiniz kimi, ötən il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunmuşdu, İslam Həmrəyliyi Oyunları keçirilmişdi. Bu il Naxçıvan İslam mədəniyyətinin paytaxt şəhəridir. Bir neçə il əvvəl Bakı şəhəri bu şərəfli ada layiq görülmüşdü”.

Millət vəkili onu da bildirib ki, Azərbaycan dövlətinin multikulturalizm siyasəti, İslam həmrəyliyinə verdiyi konkret töhfələr və İSESKO-nun “İslam mədəniyyətinin paytaxtı” proqramının tələblərinə tam uyğunluğu Bakı və Naxçıvan şəhərlərinin müvafiq olaraq 2009 və 2018-ci illərdə “İslam mədniyyətinin paytaxtı” elan edilməsini şərtləndirib. Məlumat üçün qeyd edək ki, Səudiyyə Ərəbistanının Məkkə şəhəri ilk İslam mədəniyyəti paytaxtı olub. Məkkədən sonra ərəb dünyasını, Asiya və Afrika regionlarını təmsil edən cəmisi 30 şəhər İslam mədəniyyəti paytaxtı olmaq hüququna malikdir: “Dövlətimizin rəhbəri Gəncədə baş verən terror aktlarının əsl səbəb və motivlərinə də aydınlıq gətirmişdir. Bu gün Azərbaycan dünya miqyasında sürətlə inkişaf edən müasir dövlətdir. Gündən-günə bizim gücümüz artır, gündən-günə bizim potensialımız güclənir - siyasi sahədə, diplomatik sahədə, iqtisadi sahədə, hərbi quruculuq sahəsində, döyüş meydanlarında, idman meydançalarında, sosial sahədə. Son 15 il ərzində iqtisadi inkişaf baxımından Azərbaycan qədər sürətlə inkişaf edən ikinci bir ölkə olmamışdır. Ona görə bizim uğurlarımıza kölgə salmaq, siyasətimizə təsir etmək istəyən qüvvələr müxtəlif üsullardan istifadə edirlər. Onlar heç bir halda qəbul edə bilmirlər ki, nədən Prezident İlham Əliyevin rəhbərliyi altında elə də böyük olmayan bir müsəlman ölkəsi olan Azərbaycan İslam dünyasında bir sabitlik adasına çevrilmişdir. Nədən son 15 il ərzində Azərbaycan iqtisadiyyatı 3,2 dəfə, qeyri-neft iqtisadiyyatı 2,8 dəfə, sənaye 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə, qeyri- neft ixracı 4,1 dəfə artmışdır”.

E. Nəsirovun fikrincə, bütün sivil mübarizə imkanlarından məhrum olan şər qüvvələr sonlarının başlanğıcını şərtləndirən addıma-terrora əl atırlar: “Prezident İlham Əliyev çıxışında xaricdə və daxildə olan antiazərbaycan qüvvə və ünsürlərin məğlubiyyətinin labüd olduğunu da tutarlı əsaslandırılmışdır. Bizim müstəqillik tariximizdə ölkəmizə qarşı bir neçə dəfə təxribatlar törədilmişdir. Onların biri də baş tutmadı. Bunun başlıca səbəbi odur ki, Azərbaycanda xalq-iqtidar birliyi var. Bu birliyini heç bir qüvvə - nə xarici, nə daxili qüvvə sarsıda bilməz. Bizə qarşı müxtəlif xarici mərkəzlərdən idarə olunan media qaralama kampaniyası aparılır. Bunun da heç bir səmərəsi olmur. Prezident həmin cinayətkar aləmin təmsilçilərinə ciddi xəbərdarlıq etmişdir ki, bizim siyasətimizə, bizim iradəmizə şər qüvvələr heç cür təsir edə bilməz. Bizi tutduğumuz yoldan heç kim döndərə bilməz. Azərbaycan xalqı öz rəhbərinə inanır və onun müəyyən etdiyi yol ilə bundan sonra da uca zirvələrə doğru irəliləyəcək. İnkişafımızın rəhni olan ictimai-siyasi sabitliyi göz bəbəyi kimi qoruyacaq və bu amal naminə öz Prezidenti ətrafında daha sıx və monolit birlik nümayiş etdirəcək”.

16.07.2018 12:35 / Baxılıb: 487 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.08.2018
    21.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo