Depozit hərracında tələb təklifi 2,5 dəfə üstələyib

Samir Soltanov/AZADİNFORM. Bu gün Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçirilib. 

Mərkəzi Bankdan Azadinform-a verilən məlumata görə, hərracda tələb 886,4 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 8,01% təşkil edib. Bununla da depozit hərracında tələb təklifi 2,5 dəfə üstələyib. 

Qeyd edək ki, bugünkü depozit hərracında 350 mln. manat vəsaitin cəlbi nəzərdə tutulmuşdu.

16.07.2018 11:50 / Baxılıb: 87 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2018
    15.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo