Prezidentin Brüsselə səfəri ən sarsıdıcı cavab oldu

AZADİNFORM. “Fikrimcə, ölkəmizdə qarışıqlıq salmağa və buna yüz il öncə Azərbaycanın müstəqilliyinin elan edildiyi qədim Gəncəmizdən başlamağa çalışan qüvvələrə və onların qulluğunda duran şərəfsizlərə ən sarsıdıcı cavab Azərbaycan Prezidenti İlham Əliyevin Brüsselə uğurlu səfəri oldu. NATO sammitində torpaq bütünlüyümüzün dəstəklənməsi, Avropa Birliyi ilə imzalanan strateji sənəddə bu qurumun da eyni mövqe sərgiləməsi onu göstərdi ki, kimsə Azərbaycanı öz yolundan döndərə, zülmətə qərq edə bilməyəcək”.

Azadinform xəbər verir ki, bu fikirləri millət vəkili Sahib Alıyev bildirib.

Millət vəkili ölkə əleyhinə törədilən hadisələri pislədiyini bildirib: “Əmin-amanlığımıza qarşı yönələn cəhdlərin qarşısını qətiyyətlə alan güc strukturlarımızı alqışlayır, şəhid polislərimizə rəhmət diləyir, dövlətimin düşmənlərinə nifrətimi bildirir, onlara qulluq edənləri lənətləyirəm”.

16.07.2018 11:20 / Baxılıb: 320 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2018
    15.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo