Mir Cəlal küçəsində hərəkət məhdudlaşdırılır

Adəm Abbaslı/AZADİNFORM. Mir Cəlal küçəsinin yenidən qurulması işləri çərçivəsində iyulun 16-dan 17-nə keçən gecədən səhər saatlarınadək (00:00-05:00) yüksək gərginlikli elektrik xətlərinin dirəklərinin sökülməsi işləri aparılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Azadinform-a verilən məlumata görə, bununla əlaqədar olaraq küçə boyu hərəkət tam məhdudlaşdırılacaq.

Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Yaranan müvəqqəti narahatlığa görə Dövlət Agentliyi vətəndaşlardan üzr istəyib və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edib.

16.07.2018 11:00 / Baxılıb: 255 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo