Argentina millisinin baş məşqçisi qovuldu

Samir Soltanov/AZADİNFORM. Argentina millisinin baş məşqçisi Xorxe Sampaolini işindən azad edilib. 

Azadinform xəbər verir ki, bu barədə Argentina Futbol Assosiasiyasının rəsmi saytı məlumat yayıb. Bildirilir ki, tərəflər qarşılıqlı razılıq əsasında müqaviləni pozublar. Sampaoli ilə yanaşı, onun köməkçiləri də yığma komandadan uzaqlaşdırılıb. 

Qeyd edək ki, Argentina millisi DÇ-2018-də mübarizəni 1/8 finalda dayandırıb. Sampaoli 2 milyon dollar həcmində kompensasiya alacaq.

16.07.2018 10:10 / Baxılıb: 88 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo