177 cinayət faktının 27-si isti izlərlə açılıb

Adəm Abbaslı/AZADİNFORM. İyulun 14-dən 16-dək respublikanın daxili işlər orqanları tərəfindən ərzində 177 cinayət faktı qeydə alınıb.

Daxili İşlər Nazirliyindən Azadinform-a verilən məlumata görə, onların 27-si “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 20 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 8 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb.

16.07.2018 09:40 / Baxılıb: 94 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo