Fransa ikinci dəfə dünya çempionu olub

Adəm Abbaslı/AZADİNFORM. Rusiyada keçirilən futbol üzrə Dünya Çempionatının qalibi Fransa komandası olub.

Məlumata görə, oyunda hesabı Fransa yığması açıb.

Matçın 18-cı dəqiqəsində xorvat Mancukiç avtoqola imza atıb.

Hesabda geri düşən Xorvatiya yığması  10 dəqiqə sonra, 28-ci dəqiqədə hesabı bərabərləşdirib. Bu dəfə Perşiç fərqlənib.

38-ci dəqiqədə fransızlar yenə hesabda önə keçiblər. Bu dəfə Qrizman 11 penaltini dəqiqliklə yerinə yetirib.

Fasiləyə Fransa yığması 2-1 hesabla qalib yollanıb.

Matçın ikinci hissəsində, 59-cu dəqiqədə Poqba hesab fərqini ikiyə qaldırıb. 65-ci dəqiqədə fransızlar Mbappenin qolu ilə hesabı 4-1 ediblər. 69-cu dəqiqədə Xorvatlar hesab fərqini 2 topa endiriblər. Bu dəfə Mancukiç fərqlənib.    

Hakim matçın sonuna 5 dəq əlavə edib. Lakin bu vaxt ərzində heç bir qol olmayıb. Beləliklə, Fransa 20 il sonra yenidən Dünya Çempionu titulunu qazanıb.

 

DÇ-2018

Final

15 iyul

Fransa – Xorvatiya - 4:2

Qollar: Mancukiç, 18 (avtoqol), Qrizman, 38 (pen.), Poqba, 59, Mbappe, 65 - Perişiç, 28, Mancukiç, 69

Hakim: Nestor Pitana (Argentina)

Moskva. “Lujniki” stadionu

16.07.2018 09:00 / Baxılıb: 73 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo