Kabildə partlayış törədilib, ölənlər və yaralananlar var

Bu gün Əfqanıstan paytaxtında Kənd Rayonlarının İnkişafı Nazirliyinin binası yaxınlığında partlayış törədilib.

Azadinform-un məlumatına görə, bu barədə "TOLOnews" telekanalı məlumat yayıb.

Partlayış yerli vaxtla saat 16.30 radələrində Kabilin Darulaman rayonunda baş verib. Terrorçu-kamikadze üzərindəki partlayıcı qurğunu nazirliyin binasının darvazası qarşısında işə salıb. Nazirliyin rəsmi nümayəndəsi Faridun Azhand partlayışın işçilər nazirlikdən çıxarkən törədildiyini bildirib. Partlayış nəticəsində 10 nəfər ölən və yaralanan var.

15.07.2018 16:29 / Baxılıb: 77 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo