Azərbaycan banklarında əmanətlərin həcmi artıb

2018-ci ilin may ayında Azərbaycan banklarında fiziki şəxslərin əmanətlərinin həcmi 7,87 milyard manat təşkil edib.

Azadinform-un məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının hesabatında deyilir.

Ötən ilin eyni dövrü ilə müqayisədə əmanətlərin həcmi 14,9 faiz, 2018-ci ilin əvvəli ilə müqayisədə isə 4,1 faiz artıb. Əmanətlərin böyük həcmi – 62,9 faizi və ya 4,95 milyard manatı xarici valyutadadır.

Hüquqi şəxslərin Azərbaycan banklarında əmanətləri 12,26 manat təşkil edib ki, bu da 2017-ci ilin may ayı ilə müqayisədə 16,9 faiz, ilin əvvəli ilə müqayisədə təxminən 6 faiz azdır.

Ümumilikdə hesabat dövründə Azərbaycan banklarında hüquqi və fiziki şəxslərin əmanətlərinin həcmi 20,13 milyard manata bərabər olub. Bu, bu ilin əvvəli ilə müqayisədə 3,5 faiz azdır.

15.07.2018 14:18 / Baxılıb: 148 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2018
    15.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo