Ronaldu "Yuventus"dan əvvəl "Napoli"yə keçməyi planlaşdırıb

İtaliyanın "Yuventus" klubunun yeni transferi olan Kriştianu Ronaldu Turin komandasından əvvəl "Napoli"yə keçməyi planlaşdırıb.

Azadinform xəbər verir ki, bunu jurnalist Karlo Alvinoya istinadən "Football Italia" yazıb.

Bildirilir ki, portuqaliyalı hücumçu əvvəlcə Neapol klubuna keçmək fikrində olub, lakin komanda rəhbərliyi yüksək maliyyə xərcləri səbəbindən bu transferi həyata keçirməkdən imtina edib.

"Napoli"nin baş məşqçisi Karlo Ançelottidir. Ronaldu 2013-2015-ci illərdə "Real"da onun rəhbərliyi altında çıxış edib.

"Yuventus" portuqaliyalı üçün ehtiyat variant olub.

15.07.2018 12:32 / Baxılıb: 80 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.10.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo