Ermənilər cəbhədə yenidən yanğın törədib

Ermənistan Silahlı Qüvvələri işğal etdikləri Azərbaycan torpaqlarında yenidən yanğın törədib. 

Məlumata görə, yanğın Ağdam rayonunun Baş Qərvənd kəndi ərazisində müşahidə olunur. Erməni hərbiçilərinin Qərvənd kəndi ərazisində törətdiyi yanğın neytral ərazilərə yayılıb.

Hazırda yanğın təmas xəttinə yaxın Mirəşelli, Çıraxlı, Əhmədağalı kəndlərindən aydın görünür. (apa)

14.07.2018 21:36 / Baxılıb: 112 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    13.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo