ETSN tikinti şirkətinə göstəriş verib

AZADİNFORM. Nəsimi rayonu, Cavadxan küçəsi, 68 ünvanında ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Azadinform-a verilən məlumata görə, əraziyə keçirilən baxış zamanı sözügedən ünvanda 9 sot torpaq sahəsinin hasara alındığı və hasar daxilində yaş köküstə 8-40 sm diametrində 12 ədəd müxtəlif cinsli ağacın olduğu müəyyən olunub. 

Ağacların zədələnməsi və kəsilməsi faktı aşkar edilməyib. Araşdırma zamanı torpaq sahəsinin Bakı şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamı əsasında hündürmərtəbəli yaşayış binasının tikintisi üçün “Fidan” MTK- ya ayrıldığı məlum olub.  Mövcud vəziyyətlə bağlı şikayətçilərin iştirakı ilə qanunamüvafiq qaydada akt tərtib edilib və ərazidəki ağacların qorunub mühafizə olunması ilə bağlı “Fidan” MTK-ya icrası məcburi olan “məcburi  göstəriş” verilib. 

ETSN ağacların kəsilməsinin qarşısının alınmasında təşəbbüs göstərən vətəndaşlara və KİV-lərə təşəkkürünü bildirir, qabaqlayıcı tədbirlərin görülməsi üçün ictimaiyyət nümayəndələrindən dəstək gözləyir.

14.07.2018 20:05 / Baxılıb: 109 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2018
    15.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo