Vergilər naziri Qəbələdə vətəndaşları qəbul edib

AZADİNFORM. Bu gün vergilər naziri Mikayıl Cabbarov Qəbələ şəhərində 10 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında vətəndaşları qəbul edib. 

Vergilər Nazirliyindən Azadinform-a verilən məlumata görə, qəbulda Qəbələ, İsmayıllı, Oğuz, Zaqatala, Balakən və Qax rayonlarının sakinləri iştirak edib. 

Vətəndaşlar, əsasən, yaranmış vergi borcları, vergi orqanlarında işə bərpa, vergi inzibatçılığı sahəsində qarşılaşdıqları məsələlərlə əlaqədar nazirə müraciətlər ediblər. Onların müraciətləri dinlənilib, əksər məsələlər yerindəcə həllini tapıb, bir sıra müraciətlərlə bağlı Nazirliyin struktur bölmələrinə tapşırıqlar verilib.

14.07.2018 18:54 / Baxılıb: 177 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.03.2019
    18.03.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo