Ölkədə 11 milyard 338,3 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib

Samir Soltanov/AZADİNFORM. Cari ilin yanvar-iyun aylarında ölkədə 11 milyard 338,3 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib. Ondan əmtəəlik 10 milyard 918,3 milyon kilovat-saat elektrik enerjisi alınıb. 

Dövlət Statistika Komitəsindən Azadinform-a verilən məlumata görə, ilin birinci yarısında istilik elektrik stansiyalarının elektrik enerjisi istehsalı 9 milyard 905,1 milyon kilovat-saat, su elektrik stansiyalarının istehsalı isə 986,1 milyon kilovat-saat olub. 

Yarım ildə elektrik avadanlıqlarının istehsalı 84,1 faiz çoxalıb. Dövr ərzində əvvəlki ilin yanvar-iyun ayları ilə müqayisədə 1 kilovoltdan çox gərginlik üçün elektrik cərəyanı naqillərinin istehsalı 4,1 dəfə, elektrik paylayıcı və nəzərət cihazlarının hissələrinin istehsalı isə 2,7 dəfə artıb.

14.07.2018 12:30 / Baxılıb: 83 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.09.2018
    23.09.2018
    22.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo