Avtomobil istehsalı 16,6 dəfə artıb

Samir Soltanov/AZADİNFORM. Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobillərin istehsalı sahələrində 175,7 mln. manatlıq məhsul istehsal edilib. 

Dövlət Statistika Komitəsindən Azadinform-a verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil istehsalı 16,6 dəfə artıb, maşın və avadanlıqların istehsalı 6,7%, sair nəqliyyat vasitələrinin istehsalı isə 62,7% azalıb. 

Belə ki, bu ilin 6 ayında ölkədə 130 ədəd minik avtomobili istehsal edilib. Bu müddət ərzində traktor istehsalı 14,1% artaraq 849 ədəd təşkil edib. 

Dövr ərzində məişət kondisionerlərinin istehsalı olmayıb, mancanaq dəzgahlarının istehsalı 2,9 dəfə, ştanqlı quyu nasoslarının istehsalı 9,6% artıb.

14.07.2018 11:32 / Baxılıb: 75 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo