Bu il 1048-i əkiz, 39-u üçəm doğulub

Samir Soltanov/AZADİNFORM. Bu il doğulan körpələrin 53 faizi oğlan, 47 faizi isə qız uşaqları olub. 

Dövlət Statistika Komitəsindən Azadinform-a verilən məlumata görə, bu ilin 5 ayı əzrində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 55653 doğulan körpə qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 13,7 təşkil edib. Körpələrdən 1048-i əkiz, 39-u üçəm doğulanlardır. 

Bu ilin əvvəlindən ölkə üzrə əhalinin sayı 31428 nəfər və ya 0,3 faiz artaraq 2018-ci il iyun ayının 1-i vəziyyətinə 9929513 nəfərə çatıb. Bir kvadrat kilometrə düşən əhalinin sayı 115 nəfər olub. 

Əhalinin ümumi sayından 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Hazırda hər 1000 kişiyə 1005 qadın düşür.

14.07.2018 10:48 / Baxılıb: 69 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.08.2018
    20.08.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo