Paşinyan: XİN rəhbərlərinin görüşünü dönüş nöqtəsi hesab etmirəm

“Ermənistan və Azərbaycan XİN rəhbərlərinin görüşünü dönüş nöqtəsi hesab etmirəm”.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Brüssel hava limanında jurnalistlərin XİN rəhbərlərinin görüşündən sonra müəyyən dinamikanın və ya dəyişikliyin olub-olmaması barədə suala cavab verərkən deyib.   

“Görüş, təmas olub, mahiyyətcə, bu mövzuda ilk təmasdır və birinci görüşdən hər-hansı nəticə gözləmək düzgün deyil. Görüşün özü tanışlıq, ünsiyyət baxımından əhəmiyyətlidir”, - deyə Paşinyan qeyd edib.     

Azərbaycan prezidenti İlham Əliyevlə mümkün görüşə gəlincə, N. Paşinyan bu mövzuda heç bir danışıq aparılmadığını bildirib.  (apa)

13.07.2018 09:10 / Baxılıb: 86 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo