"Neftçi" Avropa Liqasına qələbə ilə başlayıb

"Neftçi" klubu Avropa Liqasında mübarizəyə qələbə ilə başlayıb.

Azadinform xəbər verir ki, "ağ-qaralar" I təsnifat mərhələsinin evdə keçirdikləri ilk matçında Macarıstan "Uypeşt"ini üstələyiblər.

Oyunda hesabı 8-ci dəqiqədə Daniel Naginin qolu ilə qonaqlar açıb. Ancaq Baqali Dabo 24 və 71-ci dəqiqələrdə fərqlənməklə, "Neftçi"ni önə keçirib.

Emin Mahmudov isə 90+2-ci dəqiqədə son nöqtəni qoyub - 3:1.

Qeyd edək ki, Avropa Liqasının bu gün keçirilən digər matçlarında Azərbaycan təmsilçiləri "Qəbələ" və "Keşlə" uduzub. "Qırmızı-qaralar" öz meydanında Lüksemburq "Proqres"inə yenilib - 0:2. Keşləlilər isə Maltada "Baltsam"a 1:4 hesabı ilə məğlub olub. 

I təsnifat mərhələsinin cavab oyunları iyulun 19-da keçiriləcək.

12.07.2018 23:37 / Baxılıb: 90 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.11.2018
    16.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo