Xəzərdə 20 yaşlı gənc batıb - YENİLƏNİB

Bakı şəhərinin Sabunçu rayonunda dənizdə batdığı ehtimal edilən 1998-ci il təvəllüdlü Məmmədov Cavid Rəhman oğlunun axtarışları başa çatıb.

Azadinform FHN-ə istinadən xəbər verir ki, C.Məmmədovun cəsədi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat başa çatıb.

***22:41Xəzərdə 20 yaşlı gənc batıb.

Azadinform FHN-ə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Sabunçu rayonunda dənizdə 1998-ci il təvəllüdlü Məmmədov Cavid Rəhman oğlunun batdığı ehtimal olunur.

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

12.07.2018 23:48 / Baxılıb: 77 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo