| |||||
"Qəbələ" və "Keşlə" məğlub olubAzərbaycanın "Qəbələ" və "Keşlə" klubları Avropa Liqasına məğlubiyyətlə başlayıblar. Azadinform-un məlumatına görə, hər iki komanda I təsnifat mərhələsində ilk görüşdəcə uduzaraq, növbəti mərhələ şanslarını çətinləşdirib. "Qəbələ" öz meydanında Lüksemburq "Proqres"inə yenilib - 0:2. Hər iki qol fasilədən sonra vurulub. Mayron de Almeyda 51-ci dəqiqədə hesabı açıb. Olivye Till isə bundan 10 dəqiqə sonra penaltini dəqiq yerinə yetirib. "Keşlə" isə Maltada "Baltsan"la qarşılaşmada darmadağın olub - 1:4. Hesabı 12-ci dəqiqədə Alfred Effionq açıb. 21-ci dəqiqədə Leklao fərqi artırıb. 29-cu dəqiqədə Sezar Meza Kolli penaltidən fərqi azaltsa da, 34-cü dəqiqədə Boyan Kalyeviç "Baltsan"ın üçüncü qolunu vurub. Oyunda son nöqtəni isə 55-ci dəqiqədə Kadu qoyub. Hazırda Azərbaycanın Avroliqadakı daha bir təmsilçisi "Neftçi"nin Macarıstan "Uypeşt"i ilə görüşü davam edir. İlk yarıdan sonra hesab bərabərdir - 1:1. Cavab görüşləri iyulun 19-da keçiriləcək. Avropa Liqası I təsnifat mərhələsi, ilk oyunlar 20:00. "Baltsan" (Malta) – "Keşlə" (Azərbaycan) - 4:1 Qollar: Alfred Effionq, 13. Lekao, 21. Boyan Kalyeviç, 34. Kadu, 55 - Sezar Meza Kolli, 29 (pen.) Hakimlər: Volen Çinkov, Georgi Doynov, Deniz Sokolov, Draqomir Draqanov (hamısı Bolqarıstan) Hakim-inspektor: Pyetur Siqurdsson (İslandiya) UEFA nümayəndəsi: Pol Lion (Cəbəllütariq) Ta Qali. "Sençeneri" stadionu 20:00. "Qəbələ” (Azərbaycan) – "Proqres” (Lüksemburq) - 0:2 Qollar: Mayron de Almeyda, 51, Olivye Till, 61 (penalti ilə) Hakimlər: Vyaçeslav Banar, Vasili Ermiskin, Dmitri Çobanu, Andrey Kojokaru (hamısı Moldova) Hakim-inspektor: İqor Pristovnik (Xorvatiya) UEFA nümayəndəsi: Nikoloz Jqarkava (Gürcüstan)
12.07.2018 22:49 / Baxılıb: 89 /
Bu bölmədə ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() |
![]() 19.02.2019
18:55“Messi bir dahidir”
|
© 2019 All right reserved www.azadinform.az | Powered by Danneo |