ABŞ İrandan neft alan ölkələrə sanksiya tətbiq etməyə hazırdır

ABŞ bu ölkənin mövqeyinə zidd olaraq, İran neftini almaqda davam edən istənilən ölkəyə, o cümlədən Rusiya, Çin və digər dövlətlərə sanksiya tətbiq etməyə hazırdır.

Azadinform RİA Novosti agentliyinə istinadla xəbər verir ki, bu fikri ABŞ-ın maliyyə naziri Stiven Mnuçin konqresdə dünya maliyyə sistemi haqqında illik dinləmələr zamanı səsləndirib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp mayın 8-də İranın nüvə proqramı sazişindən çıxdığını bəyan edib. O, İrana qarşı bütün sanksiyaların, o cümlədən ikinci dərəcəli, yəni İranla biznes quranlara qarşı da sanksiyaların yenidən tətbiqi barədə məlumat verib. “Altılığın” digər üzvləri ABŞ-ın bu addımına qarşı çıxıblar. Vaşinqtonun Avropadan olan tərəfdaşları İranla sazişə əvvəlki kimi riayət etmək fikrində olduqlarını söyləyiblər.

12.07.2018 22:23 / Baxılıb: 66 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo