Ucarda azyaşlını maşın vurub

Ucarda babası evinə qonaq gələn azyaşlını maşın vurub.

Xəbərə görə, hadisə bu gün axşam saatlarında şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.  Yolu keçmək istəyən piyada, Göyçay rayonunun Potu kənd sakini, 2011-ci il təvəllüdlü Yusuf Samir oğlu Nuruyevi 10 SU 610 dövlət nömrə nişanlı, "Mercedes" markalı minik maşını vurub.  

Uşaq  ağır vəziyyətdə Ucar Mərkəzi Rayon Xəstəxanasının Cərrahiyyə Şöbəsinə yerləşdirilib. Faktla bağlı Ucar Rayon Polis Şöbəsində araşdırma aparılır. (apa)

12.07.2018 20:40 / Baxılıb: 58 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo