Total şirkəti İranı tərk edib

ABŞ-ın İrana qarşı sanksiyaları bərpa etməsi ilə əlaqədar Fransanın “Total” neft şirkəti layihələrini yarımçıq qoyaraq bu ölkəni tərk etmək məcburiyyətində qalıb.

“Mehr” agentliyinə müsahibə verən şirkətin baş direktoru Patrik Puyanne bildirib ki, ABŞ-ın maliyyə sistemi olmadan nəinki İranda, dünyanın 130 ölkəsində işləmək mümkün deyil. “Total”ın ABŞ-ın maliyyə sistemi ilə sıx əlaqədar olduğunu deyən P.Puyanne rəsmi Vaşinqtonun qərarına tabe olmaq məcburiyyətində qaldıqlarını etiraf edib. O deyib ki, şirkət “Cənub Pars” yatağından qaz hasil etmək niyyətində idi. Lakin layihə yarımçıq qaldı və şirkətə 40 milyon dollar zərər dəydi.

Baş direktor imkan yaranan kimi İranda başladıqları işi davam etdirmək istəyində olduğunu bildirib. (azərtac)

12.07.2018 20:27 / Baxılıb: 77 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    15.11.2018
    14.11.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo