İlham Əliyev Monteneqro Prezidentini təbrik edib

Samir Soltanov/AZADİNFORM. Prezident İlham Əliyev Monteneqronun Prezidenti Milo Cukanoviçi təbrik edib. 

Azadinform xəbər verir ki, təbrikdə deyilir: “Hörmətli cənab Prezident, Ölkənizin milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. İnanıram ki, Azərbaycan ilə Monteneqro arasındakı dostluq əlaqələri, qarşılıqlı maraq doğuran əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir. Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Monteneqro xalqına daim sülh və firavanlıq arzulayıram”.

12.07.2018 18:40 / Baxılıb: 63 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.07.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo